Home

1ok_en-gzel-iek-resimleri-26

Hamının həyatında depressiv günlər olur, kimsə tərəfindən sevilmədiyini hiss etdiyi anlar, uğursuz olduğu zamanlar, mübarizədən yorulub pess etdiyi vaxtlar olur. “Məndən bir şey çıxmaz” deyib özümüzü kiçildib lazımsız bir yaradılma hesab etdiyimiz vaxtlarda xatırlamalı olduğumuz bir çox şeylər var.

1cisi BİZ DƏYƏRLİYİK. Bu Dünyada heç bir şey boş yerə yaradılmayıb. Dünyanın hər zaman tarazlıqda olmalı olan bir balansı var və sən, mən, digərləri olmazsa olmaz!!! Biz dünya üçün çox dəyərliyik.

2cisi BİZ SEVİLİRİK. Hər zaman bayramlarda, xoş günlərdə sevdiklərimizə hədiyyələr alırıq, xüsusən də çiçəklər, güllər hədiyyə edirik. Bəs dünyadakı bu qədər rəngarəng çiçəklər, güllər nədir?! Heç düşündünüzmü?! Onlar bizə hədiyyədir.   Sevilməsəydik dünya bu qədər rəngarəng yaradılardımı? Hər şey boz, qara, yalnız ölməmək üçün zəruri olan şeylərdən ibarət olardı, amma xoşbəxtlikdən elə deyil. Hələ meşələr, daglar, dənizlər, dadlı vitamin deposu meyvə-tərəvəzlərdan danışmıram. Onlara görə nə qədər təşəkkür etsək azdır.

3cüsü BİZ UĞURLU İNSANLIQ! Mən bunu yazmışam, siz isə oxuyursuz. Bir düşünün, bunları hamı bacarırmı?! Dünyada oxuma-yazma bilməyən nə çox insan var, xəbəriniz varmi?! (sözün açığı statistikanı mən də dəqiq bilmirəm, ancaq bilirəm ki, bu bizim düşündüyümüzdən də çox böyük bir rəqəmdir. ) Hər gün mizildanaraq getdiyimiz məktəbin nə çox uşağın xəyali olduğunu düşündünüzmü?! Sosial şəbəkələrdə insanların lüks həyatlarına (bahalı restoranlar, səyahətlər, brend geyimlər) baxıb köks ötürəndə öz həyatınıza da baxdınızmı? Sizin yediklərinizi, geyindiklərinizi, yaşadıgınız yeri ancaq yuxusunda görən insanların varlıglndan xəbərdarsınızmı?! Pisə baxıb özünüzə şükür edin demirəm, sadəcə sahib olduqlarınızın dəyərini bilin deyirəm. Yaxşıya baxıb depresiyaya girməyin, ondan da yaxşı olmaqçün çalışın! Öz həyatınızı özünüzçün lüks edin. Əmin olun ki, bacara bilərsiniz.   Bunları xatırlayıb bir daha düşünün. Siz əslində kimsiniz?! Nə istəyirsiniz? Və nə edə bilərsiniz? Sonra yenidən başlayın həyata, bu dəfə sevginizlə həyatı zənginləşdirməkçün. 🙂

Dəyərli insanlar üçün…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma